Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Səfirliyi diplomatlarına ÇAĞIRIŞ ETDİ: Azərbaycanla sərhədə...

ABŞ Səfirliyi diplomatlarına ÇAĞIRIŞ ETDİ: Azərbaycanla sərhədə...

Tarix: 2 Fevral 2024 18:44

ABŞ-nin Ermənistandakı Səfirliyi ölkədəki diplomatik missiyasının əməkdaşlarına və onların ailə üzvlərinə xəbərdarlıq edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, səfirliyin bu gün yaydığı xəbərdarlıqda sözügedən şəxslərə Vardenis (Basarkeçər), Gorus, Qapan (Qafan) və Yerasxa (Arazdəyən) səfər etməmək tövsiyə edilib.

Xəbərdarlıqda bildirilir ki, ABŞ vətəndaşları Ermənistanla Azərbaycan arasında bütün beynəlxalq sərhədlərinin yaxınlığında ehtiyatlı olmağa davam etməlidirlər. 


Etiketlər:  ABŞ Səfirliyi diplomatlarına ÇAĞIRIŞ ETDİ Azərbaycanla sərhədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ