Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2024 00:58
İtaliyanın sonuncu kralı II Umbertonun oğlu Vittorio Emanuele şənbə günü səhər 86 yaşında vəfat edib.
Bu barədə Sonxeber.net publika.az-a istinadla xəbər verir.
"Bu səhər saat 07:05-də Savoya hersoqu və Neapol şahzadəsi Əlahəzrət Vittorio Emanuele Cenevrədə ailəsinin əhatəsində dinc şəkildə vəfat edib", - Savoy Palatasının bəyanatında deyilir.
Qeyd olunur ki, dəfn mərasiminin yeri və tarixi yaxın vaxtlarda açıqlanacaq.
Vittorio Emanuele fevralın 12-də 87 yaşı tamam olacaqdı.