Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti: “Qızım məhkəmədə məndən imtina edib”

Xalq artisti: “Qızım məhkəmədə məndən imtina edib”

Tarix: 5 Fevral 2024 12:45

Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qonaq olub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:

"Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarşı mehriban olurlar. Kişinin bir sözünü iki etmirlər. Qadın kişiyə böyük kimi, ər kimi baxır. Birinci həyat yoldaşım Dağıstandan gələndən sonra mənə elə bir söz dedi ki... O sözü heç kimə deməmişəm, çünki deyiləsi deyil. Həmin sözündən sonra onunla bir yastığa baş qoya bilməzdim. Bu sözlərdən sonra onunla necə barışa bilərdim?

Paltarlarımı geyinib oturdum maşına və getdim rəhmətlik bacımgilə. Uşaqlar onda balaca idi. Bu əhvalat çoxdan olub. Bacıma dedim ki, icazə ver burada bir-iki gün qalım, özümə ev tutacağam. Bacım sual verdi ki, "Evinə geri qayıdacaqsan?" Cavab verdim ki, o evə qayıtsam, kişi olmaram".

T.Qasımov qızının ondan imtina etdiyini etiraf edib:

"Qızımla işim yoxdur, amma oğlumu unutmamışam. Oğlum mənimlə danışır və deyir ki, bu məsələdə haqlı idin. Amma qızım məhkəmədə məndən imtina edib. Onun iki övladı vardı. Oğlu xəstə olduğundan öldü. Mən ona bir kəlmə belə söz deyə bilmərəm. Qəti olmaz. O geri addım atarsa, belə onu qəti bağışlamaram. Qəti!"

Qeyd edək ki, T.Qasımov ilk həyat yoldaşından söyüşə görə boşandığını açıqlamışdı. O, ikinci dəfə evlənib.


Etiketlər:  Xalq artisti Qızım məhkəmədə məndən imtina edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ