Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2024 15:00
Əgər İtaliya ABŞ-ın rəhbərlik etdiyi koalisiyada iştirak edərsə, bu ölkəyə məxsus gəmilər husilərin hədəfləri arasında olacaq.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi İtaliyanın "La Republika" qəzetinə müsahibəsində deyib.
"İtaliya Qəzzada İsrail və fələstinlilər arasında münaqişədə neytral olmalı və hücumları dayandırması üçün İsrailə təzyiq göstərməlidir. Bu, regionda sülhə nail olmağın yeganə yoludur", - o bildirib.
Qeyd edək ki, fevralın 2-si İtaliyanın müdafiə naziri husilərin hücumlarından qorunmaq məqsədilə Avropa koalisiya qüvvələrinə qoşulmaq üçün ölkədən bir gəmi və bir neçə döyüşçünün Qırmızı dənizə göndəriləcəyini elan edib.