Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şvabe mafiyasının əmri: Azərbaycanda seçkilər "hədəf"ə alınıb

Şvabe mafiyasının əmri: Azərbaycanda seçkilər

Tarix: 5 Fevral 2024 20:36

AŞPA Azərbaycanda keçirilən seçkiləri müşahidə etmək üçün dəvət almasa da, bu strukturda Azərbaycan əleyhinə addımların əsas dirijoru olan alman deputat Frank Şvabe və onun mafiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun prosesə müdaxilə missiyasına qarşı açıq təzyiq və şantajlara əl atırlar.

Milli.Az caliber.az-a istinadən bildirir ki, bir müddət əvvəl BBC-yə müsahibəsində F. Şvabe faktiki olaraq ATƏT-in müşahidə missiyasını təhqir etmişdi. Lakin indi Şvabe və onun dəstəsi büroya təsir göstərmək üçün şəxsi əlaqələri olan missiya üzvlərindən istifadə edir, onlara müvafiq göstərişlər göndərir. Əsas tələb odur ki, seçkiləri gözdən salmaq, müsbət cəhətləri əks etdirməmək üçün yalnız mənfi cəhətləri aşkar edib şişirtmək gərəkdir.

F. Şvabenin adamları və onun missiyadakı dəstələri bu məqsədlə öz "yoldaşlarını" açıq şəkildə hədələyir və şantaj edirlər.

Qeyd edək ki, ATƏT-in missiyasında ABŞ, Fransa kimi ölkələrdən sifarişləri yerinə yetirən, F.Şvabe ilə əlaqədə olanlar çoxdur. Bu seçkidə onlar əslində Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu yox, öz gündəmlərini güdürlər. Bizdə olan məlumata görə, bu şəxslər Davranış Kodeksini və Müşahidəçi Metodologiyasını pozaraq, yalnız seçkiləri nüfuzdan salmağa yönəlmiş "faktlar"ı tapmaq tapşırığı daşıyırlar. Onlar da öz növbəsində yekunda maksimum qərəzli və mənfi hesabat hazırlamaq üçün bu tələblə missiyanın digər üzvlərinə göstərişlərə əməl etmələri üçün təzyiq göstərirlər.

Görünür, F. Şvabe və onun dəstəsi, eləcə də ATƏT missiyasındakı "dostlar" hələ də 7 fevral seçkilərinin Azərbaycan üçün əhəmiyyətini dərk etməyiblər. Onlar hələ də başa düşə bilməyiblər ki, seçkiləri gözdən salmaq cəhdi Qarabağdakı Böyük Qələbəyə kölgə salmaq cəhdindən başqa bir şey deyil.

Milli.Az


Etiketlər:  Şvabe mafiyasının əmri Azərbaycanda seçkilər hədəfə alınıb


RƏYLƏR