Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2024 13:08
"Real Madrid"in futbolçusu Arda Güler barədə yeni iddia ortaya atılıb.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, Ardanın icarəyə göndəriləcəyi irəli sürülür. "Türkiye Gazetesi"nin məlumatına görə, Arda "Fənərbaxça"ya qayıda bilər. Bildirilir ki, Ardanın icarəyə göndərilə biləcəyini diqqətdə saxlayan "Fənərbaxça" prezidenti Ali Koç onu kluba qaytarmaq istəyir. Ali Koç bildirib ki, Arda icarəyə göndəriləcəksə, onun oynayacağı klub "Fənərbaxça" olmalıdır.
Qeyd edək ki, Arda Güler "Real Madrid"də 3 oyunda meydana çıxıb. Baş məşqçi Karlo Ançelottinin onu oyuna buraxmasına etiraz edən Arda buna sərt reaksiya verib. Qarşılaşma zamanı isinmə hərəkətlərinə gedən, lakin oyuna daxil edilməyən Arda Güler isinmə hərəkətindən qayıdan zaman formasını yerə atıb və meydanı tərk edib.