Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda hakim partiya Simonyanın istefasını tələb edir

Ermənistanda hakim partiya Simonyanın istefasını tələb edir

Tarix: 6 Fevral 2024 13:14

"Vətəndaş Müqavilə" partiyası Baş nazir Nikol Paşinyandan parlamentin spikeri Alen Simonyanın istefasını tələb edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Joxovurd" yazıb.

Nəşrin məlumatına görə:

"Vətəndaş Müqavilə" partiyası hesab edir ki, Simonyan və onun ətrafı dəfələrlə qalmaqalların mərkəzində olub, lakin cəzasız qalıb. Onlara görə bu cəzasızlıq mühitinə son qoymaq lazımdır, çünki bu, komandanın reytinqinə xələl gətirir.

Partiya Simonyanın həyat yoldaşının idarə etdiyi "Freenews" telekanalının 23,3 milyon dram borcu ilə bağlı məsələni, həmçinin, Simonyanın qardaşının həyat yoldaşı Anya Gevorqyanın İqtisadiyyat Nazirliyində sui-istifadə halları ilə bağlı həbs edilməsinə diqqət çəkib.

Daha bir irad isə 2023-cü ilin aprelində Simonyanın vətəndaşın üzünə tüpürməsi və ictimaiyyətin sərt şikayətlərinə baxmayaraq cəzasız qalması ilə bağlıdır. İndi isə Paşinyanın tərəfdarları Simonyanı cəzalandırılmalı olduğunu deyirlər.


Etiketlər:  Ermənistanda hakim partiya Simonyanın istefasını tələb edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ