Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cavidan Novruz: “Ad günümlə bağlı heç kim mənə təbrik yazmasın” – FOTO

Cavidan Novruz: “Ad günümlə bağlı heç kim mənə təbrik yazmasın” – FOTO

Tarix: 12 Fevral 2024 13:25

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavindan Novruz ad günü ilə bağlı sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, 37 yaşına qədəm qoyan sənətçi 2023-cü ili və fevral ayını "qara siyahı"ya atdığını bildirib. 

Aktyor bunun səbəbini atası R.Novruzu fevral ayında itirdiyi ilə əlaqələndirib: 

"Dostlar, bu gün mənim 37 yaşım tamam olur. Belə deyək, atamın vəfat etdiyi yaşın yarısındayam. İlk ad günümdür ki, gecə 12-də həmişəki kimi hamıdan birinci mənə zəng edib "Ad günün mübarək, "Caki", sözünü deyən yoxdur. İlk ad günümdür ki, atasız keçirirəm və bu postu nə halda yazıramsa, məndə qalsın. Həqiqətən, bu ad günümdə atam yuxuma belə gəlib məni təbrik etsə, bu ən böyük hədiyyə olacaq.

Əgər mənim doğum günüm başqa aylarda olsaydı, mən bu fikirdə olmazdım və inanın ki, necə ki, atamın vəfatından sonra bayramlar, hər bir şey mənim üçün dadsız, duzsuz və mənasız gəlirsə, elə bu gün bu ad günüm də mənim üçün çox boş və mənasız bir şey kimi gəldi. Mən səmimi insanam və səmimi danışacağam... Mənim üçün, ümumiyyətlə təqvimdə olan 2023 və fevral ayı qara bir siyahıdadır və yox kimidir.

Ona görə ki, ötən il doğum günümdən 4 gün sonra atamı, Xalq artisti Ramiz Novruzu itirdim. Həyatda mənə hər kəsdən hər şeydən önəmli, dəyərli, ən əzizimi itirdim. Əgər bu başqa aylarda olsaydı, mən belə olmayacaqdım. Bu mənə böyük bir zərbə oldu. Səni heç vaxt unutmayacağam, ata.

Sizdən bir xahişim olacaq, əgər mənə doğum günüm ilə bağlı təbrik yazmaq istəyirsinizsə, yazmayın. Elə atama rəhmət yazın, bu mənə böyük bir yaxşılığınız olacaq". 

Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən ötən ilin fevralın 20-si müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib. 


Etiketlər:  Cavidan Novruz günümlə bağlı heç mənə təbrik yazmasın FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ