Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Adilə Əliyevaya yeni vəzifə verildi

Adilə Əliyevaya yeni vəzifə verildi

Tarix: 12 Fevral 2024 18:08

COP29 Azərbaycan Əməliyyat Şirkətinə könüllülərlə iş üzrə rəhbər təyin olunub.

Milli.Az xəbər verir ki, bu sahə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyevaya həvalə edilib.

Qeyd edək ki, buna qədər təşkil edilən COP layihələrində könüllülərin fəaliyyəti hər bir zaman vacib hesab olunub və noyabr ayında paytaxtımızda keçiriləcək COP29-da da yüzlərlə könüllünün iştirakı gözlənilir.

2019-cu ildən RİİB-də fəaliyyət göstərən Adilə Əliyeva müxtəlif layihələrin, o cümlədən, ətraf mühitin qorunması, əhalinin ekoloji maarifləndirilməsi üzrə layihə və tədbirlərin iştirakçısı olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Adilə Əliyeva Böyük Britaniyanın Bristol Universitetində magistr dərəcəsi üzrə təhsil alıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Adilə Əliyeva 2023-cü ildə ictimai və sosiayönümlü fəaliyyətinə görə Gənclər üçün Prezident mükafatı ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Adilə Əliyevaya yeni vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ