Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ işlərimizə qarışmasın - Japarov

ABŞ işlərimizə qarışmasın - Japarov

Tarix: 13 Fevral 2024 06:28

Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri respublikanın daxili işlərinə qarışmamağa, gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Japarov bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenə göndərdiyi cavab məktubunda bildirib.

"Biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq, bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-la birgə işləməyə hazırıq. Tək xahişim odur ki, ölkəmizin daxili işlərinə qarışmasınlar", - o bildirib.

Qeyd edək ki, Blinken Qırğızıstan rəhbərinə məktub göndərərək, ölkədə qeyri-hökumət təşkilatları haqqında qanuna baxılmasından narahatlığını ifadə etmişdi. Blinken bu qanunun qəbulunun respublikanın vətəndaş cəmiyyətinin vəziyyətinə mənfi təsir göstərəcəyini bildirmişdi. ​

Milli.Az


Etiketlər:  ABŞ işlərimizə qarışmasın Japarov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ