Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə ''Mazda'' aşdı, ölən və yaralananlar var

Gəncədə ''Mazda'' aşdı, ölən və yaralananlar var

Tarix: 14 Noyabr 2019 17:15

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzində, Aeroport istiqamətində gedən yolda qeydə alınıb.

Aeroport istiqamətində hərəkətdə olan “Mazda” markalı minik maşını idarəetməni itirərək aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Avromobildə olan 3 sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gəncədə Mazda aşdı ölən yaralananlar


RƏYLƏR