Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2024 14:18
Küveytin "Əl-seyassah" qəzetinin icmalçısı və media məsləhətçisi Əbdülrəhman Əl Əcmi Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Sonxeber.net xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Fevralın 7-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı öz liderinə böyük dəstək nümayiş etdirdi. Xalq mütləq səs çoxluğu ilə Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu münasibətlə Sizi təbrik etməkdən şərəf hissi duyuram.
Mən Azərbaycandakı seçkilərlə bağlı prosesləri mediadan izləyirdim və bir çox saytlarda, qəzetlərdə bu barədə yazmışam. Azərbaycanın seçki təcrübəsi kifayət qədər müsbətdir. Jurnalistlərin seçki günündə səsvermə prosesini yaxından müşahidə etmələrini və səslərin hesablanmasında da iştirak imkanına malik olmalarını əsl nümunə hesab etmək olar. Azərbaycan 7 fevral prezident seçkiləri ilə demokratik seçki ənənəsini bir daha nümayiş etdirdi. Bir qrup küveytli jurnalistlə birlikdə Sizinlə görüşüb qələbənizi təbrik etmək bizə böyük şərəf olardı.
Əminəm ki, Sizin prezidentliyiniz dövründə Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən Küveytlə münasibətləri daha da inkişaf edəcəkdir.
Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".