Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəfəsin mahnısı lağa qoyuldu: “Bazardan eşq alırlar?”

Nəfəsin mahnısı lağa qoyuldu: “Bazardan eşq alırlar?”

Tarix: 13 Fevral 2024 17:15

"Bir mahnı var, müğənni deyir ki, "bazardan eşq alacam". Nəsə belə sözlər var. Nə bilim, deyir "bazara gedib eşq satacam". Belə şey olur?"

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri İlkin Əhmədov "Ay Zaur" verilişində deyib.

O, ad çəkmədən həmkarı Nəfəsin bostanını daş-qalaq edib:

"Bu qədər bayağı olmaq olmaz. Ümumiyyətlə mahnı özü zəifdir, mahnı özü bayağıdır. Ola bilər ki, o mahnı səviyyəcə bizim ölkədən aşağı olan ölkələrdə səslənsin. Amma o mahnılar bizim ölkəmizin səviyyəsinə uyğun mahnılar deyil. Bizim sənətimiz var. Bizim incəsənətimiz qədər zəngin incəsənət yoxdur. Gəlsinlər təhsil alsınlar".

Qeyd edək ki, İlkin Əhmədovun dediyi sözlər müğənni Günel Məmmədlinin (Nəfəs) ifa etdiyi "Tükənmişəm" mahnısının bir hissəsidir. Mahnıda "Getməyəcəm eşq satılan bazarlara, oturmaram eşqə gedən qatarlara" deyə cümlə təkrarlanır.

Milli.Az


Etiketlər:  Nəfəsin mahnısı lağa qoyuldu Bazardan eşq alırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ