Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Siti"dən Çempionlar Liqasında yeni rekord

Tarix: 14 Fevral 2024 10:50

İngiltərənin "Mançester Siti" klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, "şəhərlilər" buna səfərdə Danimarkanın "Kopenhagen" komandasına turnirin 1/8 final mərhələsinin ilk oyununda 3:1 hesabı ilə qalib gəlməklə nail olub.

Xosep Qvardiolanın baş məşqçisi olduğu kollektiv qitənin bir nömrəli klub turnirində ardıcıl 9-cu matçda qələbə qazanıb. Bunların yeddisi cari, ikisi isə əvvəlki mövsümdə olub. Bu, İngiltərə təmsilçiləri arasında yarışda ən uzunmüddətli qələbədir.

Qeyd edək ki, "Mançester Siti" sonuncu dəfə ötən ilin mayında Çempionlar Liqası matçında qələbə qazana bilməyib. Komanda həmin vaxt yarımfinalda İspaniyanın "Real" klubu ilə heç-heçə edib - 1:1.

Milli.Az


Etiketlər:  Mançester Sitidən Çempionlar Liqasında yeni rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ