Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransanın hərbi müəssisələrinə kiberhücumlar edilib

Fransanın hərbi müəssisələrinə kiberhücumlar edilib

Tarix: 18 Fevral 2024 20:36

Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu ölkənin hərbi-sənaye kompleksinin müəssisələrinə haker hücumlarının artdığını açıqlayıb və bu hücumlarda Rusiyanın əli olduğunu irəli sürüb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, o, bu barədə "Le Journal du Dimanche" qəzetinə müsahibəsində bildirib.

"Biz getdikcə tez-tez və aqressivləşən Rusiya mənşəli kiberhücumlarla qarşılaşırıq. Bu hücumlar bizim infrastrukturumuza qarşı yönəlib", - deyə o bildirib

Nazirin sözlərinə görə, bir neçə ay əvvəl hakerlərin ölkənin iri müdafiə müəssisəsinə hücumunun qarşısı alınıb:

"Hakerlər Fransa və onun müttəfiqləri üçün hərbi istehsalı pozmağa cəhd ediblər".


Etiketlər:  Fransanın hərbi müəssisələrinə kiberhücumlar edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ