Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikol Putini işğalçı sayır: Bəyanat Rusiyaya da aiddir

Nikol Putini işğalçı sayır: Bəyanat Rusiyaya da aiddir

Tarix: 19 Fevral 2024 08:28

Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 1991-ci il Almatı Bəyannaməsi Ukraynadakı vəziyyətə də şamil edilməlidir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Biz Almatı Bəyannaməsinə hörmət edirik, lakin bu, təkcə bizi əhatə etmir. Onlar özləri təşəbbüskar olublar, belə ki, bu, Rusiya, Ukrayna və Belarusun Sovet İttifaqının artıq mövcud olmadığına qərar verdiyi Belovejski razılaşmasından başlayır, müstəqilliyi və bir-birinin sərhədlərini tanıyıblar. Biz ondan çıxış edirik ki, Almatı Bəyannaməsi bizim müstəqilliyimizin və ərazi bütövlüyümüzün tanınması üçün əsasdır və eyni şeyi Ukraynaya da tətbiq etmək lazımdır. Bu sənəd bizim hamımız üçün vacibdir və onun məhv edilməsi sistemin dağılmasına gətirib çıxara bilər", - Paşinyan bildirib.


Etiketlər:  Nikol Putini işğalçı sayır Bəyanat Rusiyaya aiddir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ