Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2024 20:02
İngiltərədə təmizlikçi xanım konfransdan sonra qalan sendviçi yediyi üçün işdən qovulub.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, məlumata görə, 39 yaşlı Qabriela Rodriqez sendviç "oğurladığına" görə təmizlik şirkətindən qovulub. Qadın iddia edir ki, sendviçi konfrans iştirakçıları qoyub getdiyi üçün yeyib, ona görə də cinayət törətdiyini düşünmür.
"Qabriela heç kimin ona yemək təklif etmədiyini təsdiqlədi, lakin o, hər halda yeməyi qəbul etməyə qərar verdi" deyə şirkətdən bildirilib.
Rodriqez, işəgötürəni məhkəməyə verməyi və ədaləti bərpa etməyi planlaşdırdığını söyləyib. Bundan əlavə, qadın həmkarlar ittifaqı tərəfindən dəstəklənir.
Həmkarlar ittifaqının sədri açıqlamasında "Təmizlikçilər müntəzəm olaraq bu kimi ayrı-seçkilik əsaslarına görə işdən azad edilirlər" deyib.