Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan xalqına nəfəs verən qolun müəllifi: '' Rəqibin fərqi yoxdur.''

Azərbaycan xalqına nəfəs verən qolun müəllifi: '' Rəqibin fərqi yoxdur.''

Tarix: 23 Fevral 2024 11:32

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə 4:2 qələbə qazandığı "Braqa"ya Bakıda 2:3 uduzmasına rəğmən turnirdə növbəti mərhələyə vəsiqə qazanmağı bacardı.

Sonxeber.net bildirir ki, görüşdən sonra turu gətirən qolun müəllifi Nəriman Axundzadə sportinfo.az-a müsahibə verib.

- Dramatik oyun qələbəyə bərabər məğlubiyyətlə bitdi. Nələr deyə bilərsən?

- Çox maraqlı oyun oldu. Komandamız xarakter göstərdi. Sona qədər mübarizə apardıq və yekunda istədyimizə nail olduq.

- Növbəti rəqib barədə nələr düşünürsən? Arzuladığın hansısa komanda varmı?

- İnşallah, növbəti mərhələyə də ciddi hazırlaşacağıq. Rəqibin fərqi yoxdur. Hər bir rəqibə qarşı ciddi hazırlaşıb meydana çıxacağıq.

- "Qarabağ"ın ən yeni tarixi sənin vurduğun qolla yazıldı...

- Qismət belə imiş.

- Meydana daxil olanda qol vura biləcəyinlə bağlı bir hissin vardımı?

- Açığı, qol vuracağımı sanki hiss edirdim.

- Əvəzetmədən öncə Qurban Qurbanovdan hansı sözləri eşidib, oyuna qoşuldun?

- Sadəcə oyunla bağlı tapşırıqlar verdi.

- Bəs ilk oyundan sonra sənə nələr demişdi?

- Qaçırdığım qol imkanına görə demişdi ki, qismət deyilmiş. Möhkəm ol, hər şey yaxşı olacaq.

- Bugünkü uğuruna görə kimə minnətdarsan?

- Əlbəttə, Qurban Qurbanova. O, mənə güvənərək meydana buraxdı. Səfər görüşündə fürsəti əldən vermişdim, amma bu gün fərqləndim. Demək ki, qismət belə imiş. Qurban müəllim sağ olsun, oynamağıma imkan yaradır.

- İlk matçda qaçırdığın qol imkanına görə çox tənqid olunmuşdun. Bu gün isə vurduğun qolla qəhrəman oldun. Maraqlıdır, arxada qalan bir həftə sənin üçün necə keçdi?

- Arxada qalan bir həftə ərzində məşqlərdə, hər axşam yatanda həmin epizod gözümün önünə gəlirdi. Şükürlər olsun Allaha bu gün hər şey yaxşı oldu. 60 dəqiqədən çox azlıqda qaldıq. Lakin xarakter göstərib mərhələ keçən tərəf olduq.

- Braqadakı görüşdən sonra baş məşqçi bildirmişdi ki, həmin epizod Nərimanın böyüməsinə kömək edəcək. Bu gün də "Braqa"nın qapısına yol tapdın. Futbolçu olaraq görməyi arzuladığımız böyük Nərimanın yolu bu qolla start götürə bilərmi?

- Daha çox işləmək lazımdır.


Etiketlər:  Azərbaycan xalqına nəfəs verən qolun müəllifi Rəqibin fərqi yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ