Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mançester”in əfsanəsi "Qarabağ"ın zəfərini qeyd etdi

“Mançester”in əfsanəsi

Tarix: 23 Fevral 2024 23:10

Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasının keçirildiyi UEFA-nın mənzil-qərargahında bizə çox isti münasibət göstərdilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasında 1/8 final mərhələsində Almaniyanın "Bayer" komandasına rəqib olmaları ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Funksioner ardıcıl ikinci dəfə püşkatmada iştirak etdiyini bildirib:

"1/8 finala yüksəldikdən sonra pley-offun püşkatmasından daha fərqli münasibət gördük. Qurumun baş katibinin müavini Corco Markettinin və tədbirin bütün aparıcılarının "Qarabağ" haqda xüsusi danışması, komandamızın 1/8 finala möhtəşəm mübarizə ilə yüksəldiyini vurğulaması məni qürurlandırdı. İrlandiyanın paytaxtı Dublində keçiriləcək final oyununun səfiri, "Mançester Yunayted"in əfsanələrindən olan Con Oşi özü də bunu xüsusi qeyd etdi".

Onun sözlərinə görə, Ağdam təmsilçisi "Braqa" səddini keçməklə bütün Avropanı təəccübləndirdi:

"Hamı "Qarabağ"a ehtiramla, heyranlıqla yanaşır. "Qarabağ" sözünün, Azərbaycan bayrağının bu səviyyədə tanınması göstərir ki, klubumuzda böyük iş görülüb. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, bu mərhələyə qədər irəliləmişik. 1/8 finalda ən yaxşılar oynayır. Avropada 1000-dən çox klub var və biz Avropa Liqasının 16 ən yaxşısı arasına düşmüşük. Bunun özü tarixi nailiyyətdir. Mən xalqımızı və Ali Baş Komandanımızı təbrik edirəm".

Qeyd edək ki, "Qarabağ" ilə "Bayer" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Leverkuzendə baş tutacaq.

Milli.Az


Etiketlər:  Mançesterin əfsanəsi Qarabağın zəfərini qeyd etdi


RƏYLƏR