Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxıstanda dəhşətli yanğın - 4 uşaq öldü

Qazaxıstanda dəhşətli yanğın - 4 uşaq öldü

Tarix: 24 Fevral 2024 10:34

Qazaxıstanın Karaqanda vilayətinin Taldı kəndində yaşayış binasında baş verən yanğın nəticəsində 4 uşaq ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə departamenti məlumat yayıb.

"Yanğın nəticəsində 4 uşaq ölüb. Hadisə baş verən zamanı uşaqlar evdə tək olub", - o bildirib.

Qeyd edilib ki, yerli hakimiyyət orqanları və əhali ailəyə lazımi köməklik göstərir. Faktla bağlı cinayət işi açılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Qazaxıstanda dəhşətli yanğın 4 uşaq öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ