Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

10 ildir kanalizasiya quyusunda yaşayırdı, xilas edildi

10 ildir kanalizasiya quyusunda yaşayırdı, xilas edildi

Tarix: 24 Fevral 2024 18:42

Rusiyanın Samara vilayətində 10 ildən artıqdır kanalizasiya quyusunda qalan şəxs xilas edilib.

Milli.Az lent.az-a istinadənxəbər verir ki, bu barədə bloqqer Anton Qletçerov məlumat yayıb. Onun sözlərinə görə, Tolyattidəki Lenin bulvarında 10 saylı evin yaxınlığında Aleksandr adlı şəxs tapılıb.

"Deyə bilərəm ki, xilas olunub çıxarılanda Aleksandr sərxoş deyildi. O, çox sağlam görünsə də, çox nəzakətlə, bircə dənə də olsun nalayiq söz demədən danışırdı" deyə bloqqer bildirib.

Kişi qışın soyuğunda quyu isti olduğu üçün orada yaşadığını bildirib. O, Qletçerova sığınacağa köçməyə hazır olduğunu bildirib və hətta iş tapacağına söz verib.

Məlumata görə, Aleksandrın həyat yoldaşı onu 15 il əvvəl tərk edib. Yaxınları onun öldüyünü düşünüblər. Bloqqer Aleksandrın hekayəsini dərc edəndə kişinin qohumları ona məktub yazıblar. Onların sözlərinə görə, Aleksandr Ulyanovsk vilayətindəndir və 52 yaşı var. Qeyd olunur ki, qohumları kişini özləri ilə yaşamağa aparıblar.

Milli.Az


Etiketlər:  10 ildir kanalizasiya quyusunda yaşayırdı xilas edildi


RƏYLƏR