Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Rusiyaya qarşı niyə "öldürücü" sanksiyalar tətbiq etmir?

ABŞ Rusiyaya qarşı niyə

Tarix: 24 Fevral 2024 20:54

ABŞ hakimiyyəti Rusiyaya qarşı ən riskli sanksiyaları tətbiq etməkdən çəkinir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq"agentliyi məqalə dərc edib.

Nəşrin məlumatına görə, Rusiyaya məxsus, yaxud Rusiyaya bağlı iri şirkətlərə, eləcə də banklara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq olunub.

Jurnalistlərin fikrincə, bu ehtiyatlılıq onu əks etdirir ki, ABŞ Prezidenti Co Baydenin sanksiyalarla bağlı bütün söhbətlərinə baxmayaraq, onun komandası hələ də Rusiya iqtisadiyyatına zərbə vura biləcək gəlir axını ilə məşğul olmaq istəmir.

Bildirilib ki, onlar ABŞ iqtisadiyyatına təsir edə biləcək ciddi sarsıntılara səbəb olmaqdan qorxurlar.

Nəşr qeyd edib ki, daha aqressiv yanaşmanın mümkün hədəfləri Rusiya Federasiyasına texnologiya və materialların alınmasına, həmçinin zənginləşdirilmiş uran və alüminium və nikel kimi metalların ticarətinə kömək edən xarici banklar ola bilər. ABŞ Rusiya hökumətinin dondurulmuş ehtiyatlarını da ələ keçirə bilər, lakin jurnalistlərin vurğuladığı kimi, bütün bu tədbirlər əhəmiyyətli risklərlə əlaqələndirilir.

"Rusiyaya həqiqətən təsir etmək üçün biz bütövlükdə qlobal iqtisadiyyat üçün zərərli nəticələrə səbəb ola biləcək daha strateji addımlar atmalı olacağıq. Biz daha çətin qərarlar qəbul etməli və bu qərarlarla müşayiət olunacaq nəticələrlə barışmalı olacağıq", - bu barədə keçmiş ABŞ-ın Maliyyə Nazirliyinin keçmiş rəsmisi və Atlantik Şuranın İqtisadi Dövlət Təşəbbüsünün direktoru Kim Donovan bildirib.

Milli.Az


Etiketlər:  ABŞ Rusiyaya qarşı niyə öldürücü sanksiyalar tətbiq etmir


RƏYLƏR