Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2024 21:30
Bir çox insanın qida rasionunun əsas hissəsini ət və ət məhsulları təşkil edir
Sonxeber.net lent.az-a istinadən bildirir ki, dietoloq Polina Vasilyeva gündə nə qədər ət yemək lazım olduğunu açıqlayıb.
Onun sözlərinə görə, zülal orqanizm üçün əsas tikinti materialıdır, onsuz insan mövcud ola, böyüyə və inkişaf edə bilməz. Orqanizm stress, xəstəlik və aktiv fiziki fəaliyyət zamanı müəyyən qədər zülal sərf edir .
Vasilyeva bildirib ki, orta yaşlı bir insan üçün optimal protein tələbatı gündə ən azı 85-90 qr təşkil edir. 100 q hinduşka əti bədənin gündəlik protein tələbatını demək olar ki, 25%, təxminən 100 q balıq gündəlik tələbatın beşdə birini, 100 qram soya isə üçdə birini ödəməyə kömək edir.