Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi

Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi

Tarix: 15 Noyabr 2019 18:06

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan xalqı hər zaman Albert Aqarunovu xatırlayıb, buna görə onlara öz təşəkkürümü bildirirəm.

Trend-in məlumatına görə, bunu bu gün Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışında iştirak edən qardaşı Rantik Aqarunov deyib.

O, Trend vasitəsi ilə Azərbaycan xalqına təşəkkürünü bildirib: "Mən 25 ildir İsraildə yaşamağıma baxmayaraq, hər il qardaşımın doğum və anım günündə buraya gələrək onu yad edirəm. Bu illər ərzində Azərbaycan xalqı hər zaman Albert Aqarunovu xatırlayıb, buna görə onlara öz təşəkkürümü bildirirəm. Bu gün isə onun adına ucaldılan heykəlin açılışı baş tutub. Bu işdə əziyyəti keçən hər kəsə də öz minnətdarlığımı bildirirəm".

Heykəli Ömər Eldarovun rəhbərliyi altında hazırlayan heykəltəraşlar Rahib Qarayev və Zamik Rzayev isə bildiriblər ki, bu cür əsərin onlara həvalə olunduğuna görə özlərini çox xoşbəxt hiss edirlər.

Xatırladaq ki, A.Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ