Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda ABŞ hava bazası açılır: Proses başladı

Ermənistanda ABŞ hava bazası açılır: Proses başladı

Tarix: 29 Fevral 2024 08:08

Ermənistanda Amerikanın hərbi hava bazası olacaqmı? Olacaq. Artıq toxum səpilir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenko qeyd edib.

Ekspert buna misal olaraq ABŞ hərbi attaşesinin Loriyə "humanitar yardım" aparmasına diqqət çəkib:

"ABŞ-ın İrəvandakı hərbi attaşesi, polkovnik Kevin Stil və ABŞ səfirliyinin Müdafiə Əməkdaşlıq İdarəsinin nümayəndələri Lori vilayətinin qubernatoru Aram Kazaryanla görüşüblər ki, 40 tondan çox "humanitar yardım" göstərsinlər.

Mixail Qorbaçovun dediyi kimi, "Proses başlayıb!" Amerikanın hərbi kəşfiyyatı və humanitar yardımı məhz bundan ibarətdir!

Nensi Pelosinin İrəvanda necə qarşılandığını xatırlayaq - Sovet dövründə İrəvanda hətta Brejnev belə qarşılanmamışdı".

Milli.Az


Etiketlər:  Ermənistanda ABŞ hava bazası açılır Proses başladı


RƏYLƏR