Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 10:50
Yeni Zelandiya hakimiyyəti Fələstinin HƏMAS hərəkatının siyasi qanadını terror təşkilatları siyahısına əlavə edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson və xarici işlər naziri Uinston Petersinin birgə bəyanatında qeyd olunub.
Bildirilib ki, Yeni Zelandiya HƏMAS-ın hərbi qanadını 2010-cu ildə terror təşkilatı siyahısına salıb, lakin hərəkatın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra hərəkatın hərbi və siyasi qanadları arasında fərq qoymur.
"Bu hərəkat dəhşətli terror aktlarına görə məsuliyyət daşıyır", - bəyanatda vurğulanıb.
Yeni Zelandiya qanunlarına əsasən, bu ölkədəki terror təşkilatının bütün aktivləri dondurulur. Bu cür aktivlərlə hər hansı əməliyyatlar və təşkilata hər hansı maddi dəstək cinayət məsuliyyəti hesab olunur.
HƏMAS Avstraliya, Böyük Britaniya, Aİ, İsrail, Kanada, ABŞ və Yaponiyada da terror təşkilatı siyahısına salınıb.