Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 11:18
ABŞ-də bir neçə gündür davam edən meşə yanğınları artıq 344 min hektar əraziyə yayılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "CNN" telekanalı yayıb.
Bildirilir ki, alovlar sürətlə yayılır və artıq Oklahoma ştatının ərazisinə də keçib.
Təbii fəlakət böyüklüyünə görə Texas tarixində ikinci belə yanğın olub.
Xatırladaq ki, fevralın 28-i Texas qubernatoru Qreq Ebbot ştatın 60 dairəsində fövqəladə vəziyyət elan edib.