Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nuri Əl-Maliki İlham Əliyevə təbrik məktubu göndərib

Nuri Əl-Maliki İlham Əliyevə təbrik məktubu göndərib

Tarix: 29 Fevral 2024 19:00

İraq Respublikasının sabiq Baş naziri, İslami Dəvət Partiyasının baş katibi Nuri Kamal Əl-Maliki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az president.az-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Yenidən qardaş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz arasında müştərək maraqların həyata keçirilməsi naminə xalqlarımızın münasibətlərinin möhkəmlənməsini və İslami Dəvət Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişafını arzu edirəm.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram".

Milli.Az


Etiketlər:  Nuri Əl Maliki İlham Əliyevə təbrik məktubu göndərib


RƏYLƏR