Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramov Sergey Lavrovla görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov Sergey Lavrovla görüşüb - YENİLƏNİB

Tarix: 1 Mart 2024 17:57

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

XİN-dən Milli.Az-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

--------

15:36

Türkiyədə Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında paylaşıb.

Görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Sergey Lavrovla görüşüb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ