Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2024 19:04
ABŞ-nin Boliviyadakı keçmiş səfiri Viktor Manuel Roça məhkəmədə Kubaya casusluğunu etiraf edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə mətbuatda dərc edilən məhkəmə sənədlərində qeyd olunub.
Viktor Manuel Roça 2023-ci ilin dekabrından casusluq da daxil olmaqla hökumətə qarşı müxtəlif cinayətlər törətməkdə ittiham olunurdu.
Əsas ittiham Viktor Manuel Roçanın 1981-ci ildən etibarən Kuba ilə əməkdaşlıq etməsi, Vaşinqtona qarşı kəşfiyyat toplama missiyasını yerinə yetirməsindən ibarət olub.
V.M.Roça Boliviyadakı diplomat fəaliyyətindən savayı, 1981-2002-ci illərdə ABŞ Dövlət Departamentində işləyib. Bundan başqa, o, 1994-1995-ci illərdə Ağ Evin Milli Təhlükəsizlik Şurasında çalışıb və təxminən 2006-2012-ci illərdə ABŞ Cənub Komandanlığının müşaviri olub.
İlk məhkəmə iclaslarında istintaqın ittihamlarını qəbul etməyən Viktor Manuel Roça ittiham tərəfinin inandırıcı sübutlarından sonra Kubaya casusluğunu etiraf edib.