Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçrə Rusiyaya qarşı sanksiyalar paketinə qoşuldu

İsveçrə Rusiyaya qarşı sanksiyalar paketinə qoşuldu

Tarix: 2 Mart 2024 06:20

İsveçrə Avropa Birliyinin (AB) Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə cavab olaraq qəbul etdiyi 13-cü sanksiya paketinə qoşulub.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.

"29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə AB-nin 13-cü sanksiyalar paketinə qoşulub", - məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, fevralın 21-də AB Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.


Etiketlər:  İsveçrə Rusiyaya qarşı sanksiyalar paketinə qoşuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ