Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi"nin baş məşqçisi: Böyükhesablı məğlubiyyətə layiq deyildik

Tarix: 3 Mart 2024 22:36

Birinci hissədə yaxşı oynadıq. Böyükhesablı məğlubiyyətə layiq deyildik.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç "Qarabağ"a evdə 1:4 hesabı ilə uduzduqları Premyer Liqanın XXV turunun matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis ikinci yarıda böyük səhvlər səbəbindən qollar buraxdıqlarını söyləyib: "Ondan sonra əlimizdən gələni etdik. Amma əks-hücumlarda yaxalandıq. Qapımızda belə qollar görəcəyimizi gözləmirdik. Məncə, bu səhvləri götürsək, oyunumuzun keyfiyyəti yaxşı idi. Azərbaycan çempionatında "Qarabağ"a belə təzyiq göstərən komanda görməmişəm".

Bojoviç hazırda qlobal dəyişikliklərə imkanlarının olmadığını vurğulayıb: "Günahı Yuri Matiasın və Qara Qarayevin üzərinə atmaq istəmirəm. Bütün futbolçularımız sonadək mübarizə apardılar. Digər komandalara qarşı da belə çıxış etsək, daha asan olacaq. Bu gün meydanda Avropa səviyyəsində oyun gördük".

Baş məşqçi Emin Mahmudovun zədəyə görə əvəzlənməsinin komandaya təsir etdiyini deyib: "Eyni epizod "Qəbələ" - "Qarabağ" matçında da yaşanıb. Həmin vaxt meydan sahiblərinin futbolçusu qırmızı vərəqə almışdı".

Milli.Az


Etiketlər:  Neftçinin baş məşqçisi Böyükhesablı məğlubiyyətə layiq deyildik


RƏYLƏR