Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2024 17:15
Müğənni Üzeyir Mehdizadə qatıldığı teleproqramlardan birində maraqlı açıqlama verib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, o bu günə qədər həddən çox tənqid olunduğunu, əngəllərlə qarşılaşdığını deyib.
"Mənim qədər ölkədə hədəf olan və "vurulan" insan olmayıb. Sakit durmaq, qanacaq və qabiliyyət də bir yerə qədərdir. Elə yer var ki, sakit durmaq, qanacaqlı olmaq qanacaqsızlıqdır, dillənməlisən. 33 yaşım var, çox hədəf oldum, vuruldum. Bu mənə böyük dərs oldu",- müğənni bildirib.