Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

56 yaşında meydana çıxan Əhmədov: “Çətin olmadı”

56 yaşında meydana çıxan Əhmədov: “Çətin olmadı”

Tarix: 6 Mart 2024 20:00

"Yalnız oyunçu kimi bu komandada iştirak etməyə razılaşdım".

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan çempionatlar tarixinin ən yaxşı bombardirlərindən biri Rövşən Əhmədov deyib.

56 yaşlı veteran futbolçu Region Liqasında "VT Gəncə"nin heyətində meydana çıxmasını şərh edib. "Kəpəz"in U-12 komandasını da çalışdıran Əhmədov bildirib ki, o, həvəskarlar və gənclər liqasına məşqçi kimi dəvət olunsa da, bu təkliflə razılaşmayıb: "Çünki komandalarla daim məşq edirik. Buna görə də məsuliyyətim yetəri qədərdir. Ancaq "VT Gəncə"də hamısı gənc oyunçulardır. Onlarla birgə mübarizə aparmaq mənə çətin olmadı. Bu səbəbdən də gündə 3 dəfə məşq edirəm. Gənc futbolçularla mübarizə aparmaq məndə hansısa problem yaratmır. Daim oyunlarımıza çıxıb, mübarizə aparacağıq".

Onun sözlərinə görə, Gəncədə II Liqa üçün komanda yaradacaqlar: "Bunu etməkdə əsas məqsədimiz "Kəpəz" üçün gənc oyunçular yetişdirməkdir".

Qeyd edək ki, Əhmədov Azərbaycan çempionatında 116 qol vurub. O, qol sayına görə yarışın tarixində 3-cü ən məhsuldar oyunçudur.


Etiketlər:  yaşında meydana çıxan Əhmədov Çətin olmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ