Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nüsrət Kəsəmənlinin həyat yoldaşı: "Öldüyünü iki gün sonra bildim..."

Nüsrət Kəsəmənlinin həyat yoldaşı:

Tarix: 7 Mart 2024 20:39

Mərhum şair Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli onun barəsində bəzi faktları açıqlayıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "AStar" layihəsinə qonaq olan Rəhilə xanım ərinin ona son sözlərindən danışıb.

O bilirib ki, Nüsrət Kəsəmənlinin ölümünü iki gün sonra bilib. Şairin evinə sağ-salamat gəldiyini zənn etdiyi halda, onun tabutunda qarşılamalı olub:

"Təsəvvür edin ayın 15-də rəhmətə getmişdi. Mən iki gün sonra bilmişəm. Hətta mən səfirliyə də zəng etdim, dedim ki iki gündür məni Nüsrətlə görüşməyə qoymurlar. Dedilər ki, narahat olmayın. Biz sizi Azərbaycan yola salacağıq. Mən onu birdən-birə tabutda görəndə şoka düşdüm. Qıcolma vəziyyəti yarandı".

Xatırladaq ki, XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənli 1945-ci ildə dekabrın 29-da Ağstafada doğulub. O Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb və bir çox mahnıların sözlərinin müəllifidir. Nüsrət Kəsəmənli 2003-cü ildə Təbrizdə dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Nüsrət Kəsəmənlinin həyat yoldaşı Öldüyünü iki gün sonra bildim


RƏYLƏR