Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

‘’Səni belə xatırladıq’’ kitabının tədimat mərasimi keçirilb - FOTO

‘’Səni belə xatırladıq’’ kitabının tədimat mərasimi keçirilb - FOTO

Tarix: 8 Mart 2024 11:12

Bu gün Milli Teatr günü münasibətiylə   Beynəlxalq Muğam Mərkəzində filologiya üzrə fəlsəfə doktoru,tədqiqatçı jurnalist Jalə Cəfərovanın  böyük sənətkarımız Respublikanın əməkdar artisti Hamlet Xahızadənin həyat və yaradıcılığına həsr etdiyi ''SƏNİ BELƏ XATIRLADIQ ''kitabının musiqili bədii təqdimatı keçirildi.   Təqdimatın apacıcısı əməkdar incəsənət xadimi Rahib Azəri  Vətən uğrunda şəhid olan igidlərimizi  yad etdi.Bundan sonra söz qonaqlara verildi. Sənətşünaslıq üzrə professor Məryəm Əlizadə, kitabın redaktoru yazıçı Mustafa Çəmənli , xalq artistləri Hacı İsmayıl,  Şeyx Əbdül Mahmudov, Asan Radionun icraçı direktoru Emin Musəvi, sənətkarən bacısı Ofelya xanım Hamlet Xanızadəylə bağlı isti,kövrək xatirələrini bölüşdülər.    Söz kitabın müəllifi Jalə xanıma verildi. Jalə xanım böyük sənətkar haqqında düşüncələrini, kitab yazma ideyasının necə qaynaqlandığını elə  səhnədəcə Hamlet Xanızadəyə xitab edərək monoloq şəklində səsləndirdi.  Bu səhnədən hamı təsərləndi. Sonra Jalə xanım kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə  həmçinin Mədəniyyət nazirliyinə təşəkkürünü bildirdi. 

'' Bu gün hər birinizin  gəlişi Hamlet Xanızadə sənətinə olan sevgi,sayğı ilə yanaşı həm də hər birinizin milli mənəvi dəyərlərimizə verdiyiniz dəyərin bariz nümunəsidir. Mən əminəm ki Hamlet Xanızadə  bu gecədə mütləq şəhidlərimizin əziz analarına xüsusi diqqət göstərərdi.  Elə böyük sənətkarımızın ruhu şad olsun deyə   Mədəniyyət nazirliyimizə, Hamlet Xanızadənin Şağandak şəxsi əşyaları olan ı XƏZƏR muzeyinə  və hər zaman mükəmməl təqdimatlarıyla çox sevilən   incəsənət xadimi Rahib Azəriyə hazırladığım kiçik xatirə hədiyyələrini  təqdim etmək üçün şəhidlərimizin əziz analarını səhnəyə dəvət edirəm. ''
Respublikanın əməkdar artistləri Nuriyyə Hüseynova, Teymur Əmrah  həmçinin Beynəlxalq Muğam Mərkəzinin solistləri gözəl ifalarıyla  təqdimata rəng qatıblar.   Təqdimata gələnlərə müəllif imzasıyla kitablar hədiyyə olunub.


Etiketlər:  Səni belə xatırladıq kitabının tədimat mərasimi keçirilb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ