Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''5 il oğlunun ölümünü ondan gizlətdik''

''5 il oğlunun ölümünü ondan gizlətdik''

Tarix: 11 Mart 2024 15:45

"O üz" proqramının növbəti buraxılışı mərhum Xalq artisti Şəfiqə Axundovaya həsr edilib. 

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bəstəkarın bacısının gəlini Svetlana Nəzərli sənət dostlarının onun məzarını ziyarət etməməsindən danışıb:

"Şəfiqə Axundova özünü incəsənətə qurban verdi. Onun məzarına 3 nəfər gəlib, ya gəlməyib. Gülyaz və Gülyanaq Məmmədova, Arif Səlimov onun məzarını ziyarət edib. Başqa heç kim. Müğənnilərə təmənnasız mahnılar verib. Onların borcudur".

S.Nəzərli bəstəkarın oğlu, mərhum bəstəkar Taleh Hacıyevdən söz açıb:

"Taleh kliniki ölümdən ayıldı, heç kim onunla bacarmırdı. Onu ruhi əsəb xəstəxanasına qoyduq. Orada da vəfat etdi. Şəfiqə xanım 5 il Talehin vəfatını bilmədi. Verilişdə idik, İlham Mirzəyev ona sual verdi ki, necə anasınız, necə belə yaşayırsınız. O, anlamadı nə deyildiyini. Kanalda dedik ki, bilmirdi. Cavab verdilər ki, axır-əvvəl bilməli idi. Şəfiqə xanım dedi ki, Allaha şükür, məndən əvvəl vəfat etdi. Bir otaqda Talehin dəfni, digərində Şəfiqə Axundova idi. Ev müğənni ilə dolu idi. Deyirdik, sən sən xəstəsən, səni görməyə gəliblər".


Etiketlər:  oğlunun ölümünü ondan gizlətdik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ