Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2024 10:40
"Çox, lap çox məyusam. "Bayer"ə qarşı iki oyunda əla oynasaq da, bunun mükafatını almadıq. Bu çox üzücüdür".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın müdafiəçisi Marko Veşoviç UEFA-nın saytına müsahibəsində deyib.
Monteneqrolu futbolçu Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"ə məğlubiyyəti şərh edib. Veşoviç bildirib ki, qələbəni son anda əldən verdikləri üçün məyusdurlar: "Elvin Cəfərquliyev qırmızı vərəqə aldıqdan sonra "Bayer" kimi yüksək səviyyəli komandanın qarşında dayanmaq kimi böyük bir vəzifəmiz ortaya çıxdı. Dəqiqlər ötdükcə təzyiq güclənirdi. Bununla belə, bu mövsüm əla komandamızın olduğunu sübut etdik. Gələn il yenidən cəhd edəcəyik".
Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə görə 4:5 hesabı ilə uduzaraq Avropa Liqası ilə vidalaşıb.