Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putinin hədiyyə etdiyi avtomobillə ilk dəfə tədbirə getdi - FOTO

Putinin hədiyyə etdiyi avtomobillə ilk dəfə tədbirə getdi - FOTO

Tarix: 16 Mart 2024 11:52

Şimali Koreya lideri Kim Çen In ilk dəfə ictimai tədbirə Rusiya Prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" markalı avtomobillə gedib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb.

Şimali Koreya liderinin bacısı, Koreya İşçi Partiyasının təşviqat bölməsinin rəisinin müavini Kim Yo Çjonun sözlərinə görə, qardaşının tədbirə sözügedən avtomobillə getməsi Koreya-Rusiya dostluğunun mövcudluğundan xəbər verir. 

Bununla belə, Kim Çen Inın Rusiya istehsalı olan həmin avtomobildən istifadə etməsinin görüntüləri paylaşılmayıb. 

Xəbəri rus dilində oxuyun: США и РФ обменялись виртуальными ядерными ударами - ВИДЕО

Xatırladaq ki, V.Putin fevral ayında Şimali Koreya liderinə "Aurus" markalı avtomobil hədiyyə edib. Kreml bunu Kim Çen Inın Rusiyaya səfəri zamanı bu avtomobili çox bəyənməsi ilə izah edib. Belə ki, Şimali Koreya lideri 2023-cü ilin sentyabrında Rusiyada olarkən Putin həmkarına avtomobili nümayiş etdirib. Putin bu zaman Kim Çen Inla görüşə də məhz həmin avtomobillə gedib.

Milli.Az


Etiketlər:  Putinin hədiyyə etdiyi avtomobillə ilk dəfə tədbirə getdi FOTO


RƏYLƏR