Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həmin Xalq artistini Məleykə ölümdən qurtarıb''

''Həmin Xalq artistini Məleykə ölümdən qurtarıb''

Tarix: 19 Mart 2024 14:40

"Zərnigar Ağakişiyeva bir dəfə dedi ki, məni sevirsənsə, Məleykəyə təşəkkür et. Qayıtdı ki, yaşamağımın səbəbi Məleykə Əsədovadır".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O, proqramına qonaq olan Xalq artisti Məleykə Əsədovadan danışıb. Aparıcı bildirib ki, mərhum Xalq artisti Zərnigar Ağakişiyevanın sağ ikən müalicə xərcini M.Əsədova ödəyib.

Verilişdə yer alan Əməkdar artist Kübra Əliyeva "Onu ölümdən Məleykə qurtarıb. Xəstə olanda, komada idi. Yanına getmişdim. Sonra dedi ki, Məleykə gəldi yardım etdi. Bütün xərci ödəyib" sözlərini söyləyib. 

Aktrisa deyilənlərə "Allah xilas etdi, mən kiməm" reaksiyasını verib.  


Etiketlər:  Həmin Xalq artistini Məleykə ölümdən qurtarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ