Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2024 15:28
"Azərbaycanla ötənilki oyunumuz çətin alınmışdı".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Ukraynanın U-21 millisinin baş məşqçisi Unai Melqosa deyib.
Mütəxəssis AVRO-2025-in seçmə mərhələsinin Azərbaycanla oyunu və matça hazırlıq barədə danışıb: "Biz çətinliklə də olsa, Azərbaycan yığmasına daha çox problem yaşatmağın yolunu tapdıq. Bilirdik ki, onlar müdafiəyə çəkiləcək və rəqibin əks-hücumlarına hazır olmalıyıq. Öz oyunumuzu yaxşılaşdırmalıyıq ki, Azərbaycana qarşı keyfiyyətli matç keçirək. Müsbət seriyamızı davam etdirmək istəyirik. Bütün həftəni Antalyada birlikdə çalışacaq, yoxlama oyununa Mərakeşin U-23 yığması ilə qarşılaşacağıq. Əlbəttə, Azərbaycanın İngiltərə ilə matçını da izləyəcəyik. Amma canlı deyil, videoyazı şəklində baxacağıq".
Qeyd edək ki, Azərbaycan - Ukrayna matçı martın 26-da "Azərsun Arena"da keçiriləcək.