Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda benzinin bahalaşmasına qarşı etirazlarda 180 nəfər saxlanılıb

İranda benzinin bahalaşmasına qarşı etirazlarda 180 nəfər saxlanılıb

Tarix: 18 Noyabr 2019 14:04

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin bəzi şəhərlərində benzinin bahalaşmasına qarşı keçirilən etirazlarda 3 gün ərzində 180 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayətinin valisi Qulamrza Şəriəti IRNA-ya açıqlamasında deyib.

Q.Şəriətinin sözlərinə görə, vilayətin 15 rayonunda benzinin qiymətinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib. Bu rayonlarda bəzi şəxslər dinc aksiyaları zorakılığa çevirməyə çalışıblar. Behbəhan, Xürrəmşəhr, Abadan, Şadqan, Mahşəhr və Əndimeşk rayonlarında dövlət əmlakına ziyan vurulub.

Qeyd edək ki, son iki gündə İranda benzinin qiymətinin bahalaşmasına görə bir sıra dinc etirazlar baş verib. Etirazlar bəzi hallarda iğtişaşla nəticələnib. 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala qədər (təxminən 0,71 dollar) bahalaşıb.


Etiketlər:  İranda benzinin bahalaşmasına qarşı etirazlarda 180 nəfər saxlanılıb


RƏYLƏR