Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı RƏSMİ

Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı RƏSMİ

Tarix: 18 Noyabr 2019 14:57

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) noyabrın 17-də Xəzər rayonunun Qala qəsəbəsi ərazisində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakinləri - H.Hümbətov və V.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Etiketlər:  Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı RƏSMİ


RƏYLƏR