Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2024 23:28
Boliviyanın "Real Santa Cruz" komandasının kolumbiyalı futbolçusu Gilyermo Beltran 24 yaşında vəfat edib.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçu məşq zamanı huşunu itirib. Dərhal xəstəxanaya çatdırılan Beltran ürəktutmasından orada dünyasını dəyişib.
Qeyd edək ki, Beltran "Real Santa Cruz"da 21 oyun keçirib və 1 qol vurub.