Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maksimin durumu müəyyənləşdi

Maksimin durumu müəyyənləşdi

Tarix: 18 Noyabr 2019 18:32

Millimizin düşərgəsində zədələndiyi üçün heyətdən çıxarılan "Qarabağ"ın futbolçusu Maksim Medvedevin son durumu müəyyənləşib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, tibbi müayinədən keçən 32 yaşlı müdafiəçinin ayaq əzələsinin dartıldığı məlum olub. Onun təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Maksim noyabrın 22-i Premyer Liqamızın 12-ci turunda "Sumqayıt"a qarşı keçiriləcək matçı dəqiq buraxacaq. M.Medvedevin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda noyabrın 28-i "Sevilya"ya qarşı görüşdə isə oynayıb-oynamayacağı bəlli deyil.

 


Etiketlər:  Maksimin durumu müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ