Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2024 21:55
"Bəstəkar mahnılarını oxuya bilməzlər. Bu təlabat deyil, sadəcə bacarmırlar. Bütün bədənlərini "silikon"la doldurublar. Bunlar Allahı da tanımırlar. Allahı tanımayan öz musiqisini tanıyar? Bir insan ki, öz bədənini bəyənmir".
Sonxeber.net teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan "Şəbnəmlə iç üzü" verilişində deyib. O, gənc həmkarlarını tənqid edib: "Onlar bu dəqiqə deyirlər ki, nəyin bahasına olursa-olsun altımda "Cip" markalı avtomobil, bir villa olmalıdır. Üzr istəyirəm, nə yolla olur, olsun qeyri-qanuni uşaq dünyaya gətirməliyəm, atasız, anasız, bibisiz, əmisiz, dayısız, xalasız... Bir qanadlı övlad dünyaya gətirməliyəm... Sonra isə həyatımı tək yaşamalıyam, özümə karyera qurmalıyam. Bəzi qızlarımız bu gün bu düşüncədədilər".