Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Simonyan: Həmin kəndləri Ermənistan ərazisi hesab edən insanları axtarırıq

Simonyan: Həmin kəndləri Ermənistan ərazisi hesab edən insanları axtarırıq

Tarix: 27 Mart 2024 17:16

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana qaytarılmalı olan kəndlərdən danışıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Alen Simonyan bu gün parlamentdə jurnalistlərlə söhbətində Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması məsələsinə toxunub.

"İndi biz buranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş Ermənistanın müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər. Tavuş sakinləri Ermənistanla Azərbaycan arasında xəttin harada olduğunu bilirlər", - Simonyan bildirib.

O, müxalifətin bununla bağlı gərginlik yaratmağa çalışdığını vurğulayıb.

Ermənistan parlamentinin sədri işğal altında olan 8 kəndlə bağlı Azərbaycanın hərbi əməliyyat keçirəcəyini istisna etməyib.

"Azərbaycanlılar bu barədə açıq danışırlar", - Simonyan əlavə edib.

Milli.Az


Etiketlər:  Simonyan Həmin kəndləri Ermənistan ərazisi hesab edən insanları axtarırıq


RƏYLƏR