Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu azarkeşlər AVRO-2024-ə qatıla bilməyəcəklər

Bu azarkeşlər AVRO-2024-ə qatıla bilməyəcəklər

Tarix: 27 Mart 2024 17:34

Böyük Britaniyadan olan 1 600 futbol azarkeşi xarici pasportunu dövlət qurumlarına təhvil verməli olacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onlar müxtəlif iğtişaşların iştirakçıları olduqlarına görə 2024-cü ilin yay ayında Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatı dövründə öz ölkələrindən xaricə səfər edə bilməyəcəklər.

Bildirilir ki, həmin azarkeşlər Böyük Britaniyanı yalnız istisna hallarda, xüsusi icazə ilə tərk edə biləcəklər.

Milli.Az


Etiketlər:  Bu azarkeşlər AVRO 2024 ə qatıla bilməyəcəklər


RƏYLƏR