Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ana, boğuluruq, bizi bağışla…” – “Crocus”da tüstüdən boğulan bacıların son telefon zəngi - FOTO

“Ana, boğuluruq, bizi bağışla…” – “Crocus”da tüstüdən boğulan bacıların son telefon zəngi - FOTO

Tarix: 27 Mart 2024 23:18

"Biz tüstüdən boğuruq. Ana, başımıza nəsə gəlsə, bizi bağışla".

Milli.Az savash.org-a istinadla xəbər verir ki, bu sözlər "Crocus" terrorunun qurbanı olan bacıların anaları ilə sonuncu telefon danışığındandır.

Bacların böyüyü Anna "Piknik" qrupunun qızğın pərəstişkarı idi. Amma o Rostovda yaşayırdı və uzun müddət idi ki, qrup bu şəhərdə konsert vermirdi. Odur ki, Anna qrupun Moskvadakı konsertində iştirak etmək üçün paytaxtda yaşayan bacısı Tatyananın yanına gəlib. Amma...

Tatyana konsertə bacısının xahişi ilə getmişdi 

Sevinə-sevinə gəldikləri konsert zalında onları hansı faciənin gözlədiyindən xəbərsiz idilər. Terrorçular pulemyotlardan atəş açmağa başlayanda Anna və Tatyana bir yerdə idilər. Görünür, güllələrdən yayınmaq üçün gizlənməyə macal tapan bacılar anaları ilə telefon əlaqəsinə də həmin dəqiqələrdə keçiblər. Bu onların son sözləri idi: "Ana, biz boğuluruq..."

Milli.Az


Etiketlər:  Ana boğuluruq bizi bağışla Crocusda tüstüdən boğulan bacıların son telefon zəngi FOTO


RƏYLƏR