Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaçmaz sakininin mədəsindən çəngəl çıxdı

Xaçmaz sakininin mədəsindən çəngəl çıxdı

Tarix: 29 Mart 2024 13:38

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Şimal news" məlumat yayıb.

Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb.

Həkim bildirib ki, yad cisim mədədən keçərək onikibarmaq bağırsaqda dayanıb.

Qeyd olunub ki, pasiyent çəngəli fevral ayında yemək yediyi zaman udub. İlk dövrlərdə heç bir narahatlıq hiss etməyib.

Milli.Az


Etiketlər:  Xaçmaz sakininin mədəsindən çəngəl çıxdı


RƏYLƏR